Dünya şöhrətli müğənni Şakiranın 38 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, livan əsilli kolumbiyalı ifaçı 90-cı illərin sonlarından şöhrətinin zirvəsinə yüksəlib. Xüsusilə o, yarı ərəb, yarı latın fiqurlu rəqsləri ilə də məşhurdur. 2 dəfə “Qremmi”, 8 dəfə “Latın Qremmi”, 14 dəfə “Billboard Latın Musiqi Mükafatı” alıb.
Şakira 140 milyon dollarlıq sərvəti ilə dünyanın ən varlı latın pop müğənniləri sırasındadır. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olub. 2010 -ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin, mahnı “Youtube”da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4-cü klip olub.
Şakira Amerika, Avstraliya və İngiltərədə 1 nömrəyə yüksələn yeganə Cənubi amerikalı sənətçidir. Şakira eyni zamanda Kolumbiyada fəaliyyət göstərən “Pies Descalzos” adlı qeyri-hökumət təşkilatının qurucusu və fəxri sədridir. 6 yaşında ilk bəstəsini edib. Rəqslərini nənəsindən öyrənib. Müğənni səlis şəkildə ingilis və portuqal dillərində danışır. Həmçinin, fransız, italyan və ərəb dillərini bilir. 2011-ci ildə Harvard Universiteti tərəfindən "İlin sənətçisi" seçilib. Şakira “Hollywood Walk Of Fame”də ulduz sahibi olub və burada ulduzu olan ilk kolumbiyalı ünvanını qazanıb.
Qeyd edək ki, Şakira futbolçu Jerar Pike ilə vətəndaş nikahında yaşayır. Cütlüyün Milan və Saşa adlı iki oğlu var.