"Forsaj 7"-nin ilk treyleri - video

"Forsaj 7"-nin ilk treyleri - video
1140 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyada izlənilmə rekordu qıran “Forsaj”ın əsas qəhrəmanı Pol Uolkerin avtomobil qəzasında dünyasını dəyişməsindən sonra filmin 7-ci hissəsinin çəkilişləri dayandırılmışdı.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu yaxınlarda “Forsaj 7”-nin çəkilişlərinə yenidən start verilib. Artıq ekran işinin ilk treyleri də hazırlanıb.

Filmin ötən ilin iyununda təqdim edilməsi planlaşdırılsa da, məlum hadisədən sonra çəkiliş heyəti "Brayan O'Konner" obrazını canlandıran Pol Uolkerin yaxınlarına dəstək məqsədilə işlərini yarımçıq qoymuşdular.

“Forsaj 7”-nin bu ilin aprelində nümayişi nəzərdə tutulur.