Aktyor Əkbər Əlizadə “Günəbaxan” verilişində bu gün 70 illik yubileyini qeyd edən xalq artisti Polad Bülbüloğlunu parodiya edib.
Axşam.az-ın məlumatına görə, aktyor P.Bülbüloğlunun bu təqlidi bəyəndiyini bildirib:
“Parodiya etdiyim insana sevgi bəsləməliyəm. 1994-1995-ci illərdə onunla ilk dəfə bir tədbirdə görüşdüm. Onda Polad Bülbüloğlu nazir idi, mən isə balaca uşaq. Hər kəsə fərdi yanaşırdı. Bu parodiyanı Heydər Əliyev Sarayında tədbirlərin birində etdim. Daha sonra mənə xəbər göndərmişdi ki, bəyənib. Arada inciklik olmadı. Bu səbəbdən yenə də onu parodiya edirəm. İnsanı olduğu kimi təqlid etmək lazımdır. İndi bizimkilərin çoxu parodiyaya karikatura qatırlar, amma mən belə etmirəm”.