Günayın ATV-dəki qadağası götürüldü - video

Günayın ATV-dəki qadağası götürüldü - video
6854 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kimdir nömrə 1?” verilişini yarımçıq tərk etdiyinə görə ATV-nin Günay İbrahimliyə qoyduğu qadağa aradan qaldırılıb.

Axşam.az-ın məlumatına görə, ifaçı sözügedən yarışmaya qatılıb və “Sənə bağlanıram” mahnısını səsləndirib.

“Təəssüf , yarışmada iştirak edə bilmədim. Minnətdaram ki, məni də layiq görüb dəvət etdiniz. Anlaşılmazlıq oldu. Hazırda başqa bir iş rejiminə başlamışam. Çox səfərlər edirəm. İlk səhnəyə çıxdığım pavilyon bura olub. 2007-ci ildə “Yeni ulduz”da Cavidin təqdimatında səhnəyə çıxmışdım. Keçmiş keçmişdə qalıb. Burada olan iştirakçılarla da münasibətim çox yaxşıdır. Udmağı da, uduzmağı da bacarmalıyıq. Həyatda çox şeyə uduza-uduza bu yerə gəlib çıxmışam” - deyə  müğənni bildirib.

Aparıcı və yarışmanın eksperti Afaq Gəncəli isə deyib ki, kimisə günahlandırmaq lazım deyil:

“İndi müqəssir axtarmayaq. Verilişi yarımçıq tərk etdiyinə görə yaranan anlaşılmaz məqamlardan danışmayaq. Cavid Gül səni burada görmək istədi və yarışmaya dəvət etdi. Qalsaydın maraqlı olardı, amma alınmadı”.