Tuba Büyüküstün və Engin Akyürekin baş rollarında çəkildiyi "Kara Para Aşk" serialına yeni bir aktyor daxil olur.
Axşam.az-ın Türkiyə mediasına xəbərinə görə, ən son "Karadayı"da çəkilən aktyor Nihat Alptuğ Altınkaya bir müddətlik fasilədən sonra ekranlara qayıdır. Məşhur aktyor artıq serialın çəkilişlərində iştriak edir.
O, serialda Serhat rolunu canlandıracaq.
"Kara Para Aşk"ın yeni seriyası 11 fevralda, Bakı vaxtı ilə saat 22:00-da ATV telekanalında yayımlanacaq.