Anardan Fatimənin imicinə irad – video-fotolar

Anardan Fatimənin imicinə irad – video-fotolar
3506 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Şarm” verilişinin “Qiymətli stil” rubrikasının budəfəki bələdçisi stilist Anar Ağakişiyev olub.

Axşam.az-ın məlumatına görə, stilist xalq artisti Aygün Kazımova və rəqqasə Fatimə Fətəliyevanın libasından danışıb.

Aygün Kazımova – Onun ad günündəki imici üzərində mən və bir neçə stilist çalışmışıq. Öz əl işimə qiymət verə bilmirəm. Geyimi dostum Bessariyon hazırlamışdı. Bunu tamaşaçılar qiymətləndirsin.

Fatimə Fətəliyeva – Səhnəmizin Hemi Malinisi. Paltarı çox qəşəngdir. Amma nöqsanları var. Üstdəki kürk fiqaro onu kök göstərir. Saç düzümləri qabarıq olmasaydı, daha gözəl görünərdi. Makiyajı yerindədir. Bijuteriyaları libasına uyğun deyil. Ona 4 xal verirəm.

Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Abdullayeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elvin İsmayıl, prodüseri Sərxan Qədimovdur. Veriliş hər həftənin cümə günü, saat 12:00-da efirə çıxır.