Pop-diva Madonna nəhayət ki, "Rebel Heart" albomundan ilk klipini təqdim edib.
Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, "Living for love" mahnısına çəkilən klip CNN, MTV, Daily Mail və başqa tanınmış teleşirkətlərin öz məlumatlarını yaydığı "Snapchat"da təqdim olunub. Proqramın özəlliyi ondan ibarətdir ki, paylaşım bir sutkadan sonra silinir.
Klipdə Madonna matador obrazındadır. Videonun başlanğıcında müğənninin əynində olan geyimi onun üçün xüsusi olaraq rus dizayner Ulyana Sergeenko hazırlayıb.
Müğənninin uzun müddətdən sonra təqdim etdiyi klipin rejissoru fransız J.A.C.K cütlüyü, xareoqrafı isə Meqan Lousondur.