Ukraynanın baş naziri Arseniy Yaçenyukun qızı Sofiya “Uşaqların səsi” yarışmasında çıxış edib.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, müsabiqənin kastinq mərhələsində səhnəyə çıxan nazir qızının səsi münsiflərin xoşuna gəlməyib. “Sunny” mahnısını ifa edən Sofiya yarışmanın növbəti mərhələsinə keçə bilməyib.
Sofiyanın atasının adını söyləməsindən sonra münsiflərdən birinin “Mən düşünürəm ki, bu həmin Arseniy deyil, elə” sualına cavabı belə olub: “Elə özüdür”. Bu cavabdan sonra isə münsiflər həyəcanlarını gizlədə bilməyiblər.
Baş nazir qızının ifasını kulisdə həyat yoldaşı ilə birgə izləyib.
Qeyd edək ki, müsabiqənin münsif kürsüsündə Tina Karol, Natalya Moqilevskaya və Potama əyləşib.