Kamilə və Hüsniyyə yeni verilişdə aparıcılıq edəcək - video
Klip
10:48 / 10.02.15
2225dəfə oxunub
A-
A
A+
Uzun müddətdir televiziyadan uzaqlaşan aparıcılar Kamilə Babayeva və Hüsniyyə Məhərrəmova efirə qayıdırlar.
Axşam.az-ın məlumatına görə, aparıcılar ATV-də yayımlanacaq “5-ci element” verilişində bir araya gələcəklər. Onlarla birlikdə proqramın digər aparıcıları Ranar Musayev və Rüfət Axundov olacaqlar. Verilişin reklam çarxı artıq yayımlanmağa başlayıb. Çarxda aparıcıların hər biri müxtəlif elementi əks etdirir. Belə ki, K.Babayeva alov, H.Məhərrəmova külək, R.Axundov torpaq, R.Musayev isə su elementidir. “5-ci element”in yaxın günlərdə yayımlanacağı bildirilib.
Qeyd edək ki, K.Babayevanın aparıcılıqdan uzaqlaşmasına səbəb övlad dünyaya gətirməsi olub.