Mayli Sayrus porno festivala qatılır - fotolar+video

Mayli Sayrus porno festivala qatılır - fotolar+video
3715 dəfə oxunub
  • A-
  • A
  • A+

Son zamanlar qeyri-etik hərəkətləri ilə gündəmdə qalan müğənni Mayli Sayrus bu dəfə porno festivalda iştirak etmək niyyətindədir.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, festival fevralın sonunda başlayacaq.

Sənətçinin "böyüklər üçün film" adlanan "Tongue Tied" festivalında iştirakının video-çarxı hələ keçən il yayımlanmışdı.

3 dəqiqəlik videonu art-filmlərin rejissoru və müəllifi olaraq tanınan Kventin Cons hazırlayıb. Qərb mediası bunu "Bozun 50 çaları" filmi ilə Madonnanın "Justify My Love" klipi arasında bir şey" adlandırıb.

Festivalın yaradıcısı Seymon Lexi isə video haqqında "pop versiyada sado-mazo elementləri" rəyini verib. Lexi əlavə edib ki, Sayrus festival haqqında eşidən kimi öz videosunu onlara göndərib.

Qeyd edək ki, aktyor Arnold Şvarsneqer oğlu Patriklə sevgili olan ifaçını ağılsız və qeyri-adi hərəkətlərinə görə qəbul etmir və hətta bu səbəbdən o, oğlunu mirasından məhrum edib.