TV8-də yayımlanan "Bu tarz benim" (indiki adı "İşte benim stilim") dəb proqramının aparıcısı Öykü Serter və münsifi Kamal Doğulunun sevgili olması haqqında gəzən şayiələr təsdiqini tapmayıb.
Axşam.az-ın məlumatına görə, modelyer Nur Yerlitaş proqramda bunun yalan olmasını açıqlayıb. O, baş verənlərin zarafat olduğunu deyərək Öykü ilə Kamalın sirrini açıb.
Aparıcı əvvəl "yalan deyil, biz aşiqik" desə də, verilişin davamında aralarındakı sevgi xəbərinin doğru olmadığını təsdiqləyib.