ATV-nin aparıcısı Mətanət Əliverdiyeva canlı yayımda mahnı oxuyub.
Axşam.az-ın məlumatına görə, aparıcı “Gündəlik” verilişində xalq artisti Ənvər Sadıqovun qarmonda və həmkarı Hacı Nuranın sintezatorda müşayiəti ilə “Sarı gəlin” mahnısını səsləndirib.
Mətanət daha sonra təəssüratlarını bölüşüb: “Sarı gəlin”i oxumaqla qürur duydum. Ənvər Sadıqov hər adamı müşayiət etmir. Bir Brilliant Dadaşovanı, bir də məni müşayiət elədi”.