Studiyaya pəncərədən girdi - video
Britaniyalı idman ustası Bear Qrillz İngiltərənin İTV kanalında yayımlanan “This morning” verilişinə fərqli formada daxil olub.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, macərapərəst Bear studiyaya qapıdan yox, pəncərədən girib. Əvvəlcə iplə dırmanan Qrillz daha sonra şüşələri sındıraraq içəri düşüb.
Aparıcıların keçirdiyi qısamüddətli şokdan sonra Biə gələn həftə yayımlanacaq proqram haqda məlumat verib.