Keyt Midltondan uşaqlara dəstək videosu

Keyt Midltondan uşaqlara dəstək videosu
981 dəfə oxunub
  • A-
  • A
  • A+
Kembric hersoginyası, Böyük Britaniya şahzadəsi Uilyamın xanımı Keyt Midlton uşaqların psixoloji sağlamlığına dəstək mövzusunda “Place 2 Be” təşkilatı üçün video-müraciət hazırlayıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hersoginya psixi pozğunluğu olan balacalara məktəbdə, ailədə, dostları arasında kifayət qədər ciddi yanaşılmadığını deyib.

K.Midlton “Mən Uilyamla birgə ümid edirəm ki, hazırda həyata keçirilən tədbirlər uşaqların problemlərinə böyüklərin daha ciddi diqqət ayırmalarına kömək edəcək”, - deyə bildirib.