Mayli Sayrusun sevgilisi başqa qadınla tətildə - fotolar
Dünya
12:16 / 17.03.15
2248dəfə oxunub
A-
A
A+
Aktyor Arnold Şvarsneqqerin oğlu, müğənni Mayli Sayrusun sevgilisi Patrik Şvarsneqqer Meksika tətilində başqa bir xanımla görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, paparassilər tərəfindən çəkilən fotolarda Patrik qaraşın qadınla qucaqlaşıb, əlindən tutur. Bir-birinin yanından ayrılmayan cütlük olduqca səmimi davranıb. Lakin Patrik daha sonra sosial şəbəkədə həmin xanımla bağlı bunları yazıb:
“O, mənim ən yaxın dostlarımdan biridir. Mən heç vaxt sevgilimi incitmərəm. Özünüzə gəlin, insanların dostunun olması normal bir şeydir”.
Xatırladaq ki, Mayli Sayrusla Patrik Şvarsneqqerin bu yaxınlarda evlənməyə hazırlaşdıqları deyilirdi.