Nəzrin Cavadzadə 20 milyonluq filminin qala gecəsində - fotolar

Nəzrin Cavadzadə 20 milyonluq filminin qala gecəsində - fotolar
3517 dəfə oxunub
  • A-
  • A
  • A+
Çanaqqala zəfərindən bəhs edən və 20 milyon dollarlıq büdcəsi olan “Son məktub” filminin qala gecəsi keçirilib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, mərasimdə ekran işində baş rolda çəkilən Tansel Öngel, azərbaycanlı aktrisa Nəzrin Cavadzadə, Bülənt Şakrak, Hüseyn Avni Danyalla yanaşı, bir sıra tanınmış iştirak edib.

Filmin rejissoru və prodüseri Özhan Ərən “Son məktub”un 7 illik əməyin məhsulu olduğunu deyib:

“2 il ssenarisini yazdıq, 3 il hazırlıqlar, 2 il isə çəkilişlər oldu. Ümid edirəm ki, uğurlu alınıb. Bütün heyətə təşəkkür edirəm”.

N.Cavadzadə ekran işindəki rolundan danışıb:
 
“Həkim Nihal obrazını canlandırmışam. 25 yaşlı Nihal Balkan savaşında bütün ailəsini itirib və könüllü şəkildə Çanaqqalada qulluq etməyə razılıq verib. Gənc qız Fuad adlı bir uşağı himayəsinə götürür və yüzbaşı Salehə aşiq olur”.