Məşhurlar "100 kağız"a görə bir araya gəldilər - fotolar+video

Məşhurlar "100 kağız"a görə bir araya gəldilər -  fotolar+video
2933 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Şahin Zəkizadənin lentə aldığı “100 kağız” filmi ilə bağlı mətbuat konfransı keçirilib.

Axşam.az-ın məlumatına görə, apreldə qala gecəsi baş tutacaq ekran işinin tanıtım reklamı nümayiş olunub.

“100 kağız”la bağlı danışan Ş.Zəkizadə ssenarinin 14 il əvvəl yazıldığını bildirib:

"Bugünkü həyat tərzi ilə üst-üstə düşür. Film tragikomediya janrındadır. Aktyor seçimini özüm etmişəm. Hamısı da təmənnasız çəkilib. 21 günə ərsəyə gəlib. Çəkilişləri Bakıda və Şamaxıda aparmışıq. 52-yə yaxın aktyor var. Maddi tərəfləri açıqlamaq istəmirəm. Rejissor dostlarımdan dəstək gözləyirəm. Bu günə kimi yerli filmlərdən “Xoxan”a gedib baxmışam. Eyni addımı onun rejissoru Samir Kərəmoğlundan gözləyirəm”.

Qeyd edək ki, ekran işində xalq artisti Afaq Bəşirqızı, Arif Quliyev, əməkdar artist Dilarə Əliyeva, aparıcı Azər Axşam, Zemfira Adıgözəlova, Elnur Kərimov, müğənni Roza Zərgəli və başqaları rol alıb.