Prezident və xanımı Bakı Olimpiya Stadionunun açılışında - fotolar

Prezident və xanımı Bakı Olimpiya Stadionunun açılışında -   fotolar
5175 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub.

Axşam.az-ın AzərTac-a istinadən məlumatına görə, prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Qeyd edilib ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.

Sonra Prezident İlham Əliyevə və xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən işlərlə bağlı məlumat verilib.

2015-ci ildə Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub. Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən dəstəklənib.

2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında isə 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunda yaradılan şərait isə bir daha bu idman tədbirinin yüksək səviyyədə təşkil olunacağına təminat verir.