Londonda kolleclərin birində riyaziyyat müəllimi kimi çalışan Pyetro Boselli öz yaraşıqlılığı ilə modellərdən geri qalmır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Pyetronun Arif Azli adlı tələbəsi müəllimi haqda internetdən maraqlı informasiyalar əldə edib.
Belə ki, o, riyaziyyat müəlliminin vaxtilə super model olduğunu və hətta Corcio Armaninin reklamlarında çəkildiyini üzə çıxarıb. Lakin P.Boselli daha sonra modellik karyerasına son qoyaraq elmi fəaliyyət göstərməyə başlayıb.
O hətta maşınqayırma sahəsində doktorluq dərəcəsi də alıb. Pyetronun bir neçə çap olunmuş elmi işi var.
P.Boselli elmə maraq göstərsə də, fitneslə məşğul olmaqdan da qalmayıb. Bunun sayəsində o, ideal bədən quruluşunu qoruyub saxlaya bilib.