Müğənni Roza Zərgərlinin ad günü mərasimində övladları Corc və Bənövşə onun üçün sürpriz edib.
Axşam.az-ın məlumatına görə, onlar Azər Zeynalovun “Ana” mahnısını duet şəklində səsləndiriblər.
Gecəyə qatılan xalq artisti Brilliant Dadaşova, əməkdar artist Vəfa Zeynalova və Roza Zərgərli göz yaşlarını saxlaya bilməyib.
R.Zərgərli “Azər Zeynalovun repertuarında ən çox sevdiyim mahnı idi. Bu duetə şok oldum” deyə, bildirib.
Foto: Ramin ASLANOV