Xalq artisti küsülü olduğu müğənni ilə barışdı - video+fotolar

Xalq artisti küsülü olduğu müğənni ilə barışdı -  video+fotolar
4128 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Səməd Səmədov küsülü olduğu keçmiş duet ortağı Sevda Əliqızı ilə barışıb.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinə dəvət olunan S.Əliqızına aparıcı Zaur Kamal sürpriz edib. O, S.Səmədovu studiyaya çağıraraq, onları barışdırıb.

Sevda Əliqızı “Biz mədəni insanlarıq, ona görə barışdıq. O sözləri Səmədin özündən yox, başqalarından eşitdim. Ona görə də əsəbiləşdim. Özünə hörmət edən xanım elə sözlərdən sonra o adamla oxumaz” deyə, bildirib.

S.Səmədov duet ortağı ilə aralarında baş verən qalmaqalla bağlı bunları deyib:

"Düzünü deyəcəm: Sevdaya bildirdim ki, indi yaşlanmışıq, yeni kadr, cavan səs istəyirəm. Prodüserim ona başqa söz çatdırıb. Sevdaya haqq qazandırıram. Mənə də qocalmısan desələr, dava salardım".