İngiltərədə yaşayan Devid və Kaslin Lonq cütlüyü 20 ay ərzində iki dəfə lotoreyada ən böyük mükafatı udaraq tarixə keçiblər.
Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, 2013-cü ildə 1 milyon sterlinq (təxmini 1 milyon manat) udan cütlük bu il yenidən eyni məbləğdə pulu udaraq nadir hadisəyə səbəb olublar.
"Euro Millions" loto oyunlarını təşkil eən "Camelot" şirkətinin təmsilçiləri Lonq ailəsinin 27 martda ikinci dəfə əsas məbləği qazanmalarını təsdiqləyərək "bu həqiqətən də qeyri-adi haldır" deyiblər:
"Bir nəfər qazananda onsuz da bunu təəccüblə qarşılayır. Bir adamın ikinci dəfə qazanması isə daha təəcüblü bir şeydir".
Ancaq Devid Lonq əksini deyib:
"Udacağımı bilirdim. Birinci dəfə də, indi də... İçimdə bir hiss vardı".
Birinci mükafatı qazananda 12 ildir nişanlı olan cütlük evlənərək işlədikləri yerdən çıxıblar.