“Nargis” Nəşriyyat Evinin direktoru Könül Nağıyeva rol aldığı “Tərkedilmiş” filminin qala gecəsində maraqlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, aktrisa bu sənətə gəlməsinə kömək edən xanımın aparıcı Kamilə Babayeva olduğunu bildirib:
“Zalda bir xanım oturub. Hazırda mənim burada dayanmağımda onun böyük əməyi var. İlk çəkildiyim filmdə məhz o, mənə inandı və rol aldığı seriala dəvət etdi. Onunla birlikdə ekran işində oynadım: gözəl aktrisamız və aparıcımız Kamilə Babayevaya buna görə təşəkkür edirəm. Onu çox istəyirəm”.
Foto: Ramin ASLANOV