Aparıcı-model Ebru Şallı ilə münasibətini bitirən müğənni Sinan Akçıl sevənləriylə görüşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsert proqramı ilə çıxış edən ifaçı gecəyə “Artıq subay türk gənci kimi qarşınızdayam” sözləri ilə başlayıb.
Sinan ismarış da göndərib:
“Son vaxtlar çox riyakar insan gördüm. Ancaq artıq meymun gözünü açdı”.
S.Akçıl qolundakı qaranquş döyməsinin izahını isə belə verib:
“İki gündür etdirmişəm. Qaranquşun mənası azadlıqdır”.