Xristianların Pasxa bayramı öncəsi katoliklərin dini lideri Papa Fransisko “Müqəddəs Çərşənbə Mərasimi” üçün Romadakı Rebbibia həbsxanasını ziyarət edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Papa ənənəyə uyğun 6-sı kişi, 6-sı qadın olmaqla 12 məhkumun ayağını yuyub. Dini lider məhkumlardan birinin uşağının da ayağını yuyaraq öpüb.
Xristian inancına görə, İsa Peyğəmbər çarmıxa çəkilməzdən bir gün əvvəl sevgisini göstərmək üçün 12 həvarisinin ayağını yuyub.
Bu səbəbdən artıq ənənə halına çevrilmiş həmin mərasim Papalar tərəfindən hər il gerçəkləşdirilir.
Qeyd edək ki, Fransisko tarixdə Rebbibia həbsxanasını ziyarət edən üçüncü Papa olub. 2011-ci ildə həmin həbsxanada məhkumların ayağını Papa XVI Venedikt yumuşdu.