Müğənni Ayan Babakişiyeva sürücülüyü ilə bağlı maraqlı açıqlamalar edib.
Axşam.az-ın məlumatına görə, sənətçi sürəti sevdiyini deyib:
“Yalan danışmayım, sürəti sevirəm, qayda pozduğum anlar da olur. Hətta bir neçə gün əvvəl qayda pozdum, sürücülük vəsiqəmə bal da yazılıb. Rayonlara gedəndə yolda “radarlar” məni fotosessiya edir. Təhlükəsizlik kəmərindən həmişə istifadə edirəm. Böyük maşınları sevirəm: qızımın və mənim əşyalarım rahatlıqla yerləşir. Əvvəl iki maşınım var idi, çox da böyük deyildi. İndi "Dodge" almışam, ailə avtomobilidir. Mənim üçün əsas odur ki, qızım Selenaya rahat olsun”.
Foto: Ramin ASLANOV