Türkiyənin məşhur ulduzları xərçəng xəstəliyinə qarşı keçirilən tədbirdə bir araya gəliblər.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənət və idman dünyasının məşhurları öz şəxsi əşyalarını xəstəlikdən əziyyət çəkən uşaqlar üçün satışa çıxarıblar.
Kampaniyada Pınar Altuğ, Zeynep Ilıcalı, Neslişah Alkoçlar, Hülya Avşar, Demet Akbağ, Nilüfer, Halit Ergenç, Mustafa Ceceli, Çağla Şıkel, Tuqay Kərimoğlu kimi tanınmışlar yer alıb.