"Həyat Mebel" - “Elit və prestijin rəmzi”

"Həyat Mebel"  - “Elit və prestijin rəmzi”
2530 dəfə oxunub
  • A-
  • A
  • A+
Ünvan: Ziya Bünyadov prospekti (Keçmiş Dərnəgül şossesi ) 3103

Telefonlar: (012) 447-07-78, (050) 224-60-05, (055) 224-60-05,

İnternet sayt: www.
hayatmebel.az

2000-ci ildən fəaliyyətə başlayan “Həyat Mebel” Türkiyənin nüfuzlu firmaları ilə əməkdaşlıq edərək, ev, bağ və ofis üçün hər növ çeşiddə və ölçüdə mebellərin sifarişi, çatdırılması və quraşdırılması kimi xidmətlər göstərir. 

Bu dövr ərzində əsrarəngiz gözəlliyi, yüksək keyfiyyəti, unikal rahatlığı, xüsusi dizaynı ilə seçilən “Həyat Mebel” öz missiyasını “şərəf” prinsipi ilə yerinə yetirib. Təsadüfi deyil ki, “Həyat Mebel” hazırda mebel dünyasında “elit və prestijin rəmzi” hesab olunur.

Daim müasir dövrün tələblərinə uyğun dəyişən və yeniləşən “Həyat Mebel” öz müştərilərini razı salmaq üçün onlara əlverişli qiymətə keyfiyyətli və zəmanətli məhsulların verilməsini əsas meyar kimi qəbul edərək, bu istiqamətdə davamlı işlər görür.

Hazırda “Həyat Mebel” öz fəaliyyət istiqamətlərini daha da genişləndirərək, yeni funksiyalarla və peşəkar mütəxəssislərlə xidmətinizdədir. Yenilik və fərq ondan ibarətdir ki, evinizə, bağınıza və ofisinizə bənzərsiz, heyrətamiz və füsunkar dizayn verməklə kifayətlənməyib, müxtəlif üslublu mebellər, pərdələr, xalçalar, divar kağızları, işıqlandırma sistemləri ilə təmin etməklə, yeni görünüşdə müştərilərə təqdim edir.

Bununla siz öz dəyərli vaxtınızı itirmədən, zamanınızı axtarışlara sərf etmədən, yorulmadan, misilsiz görünüş və təkrarolunmaz rahatlıq əldə edəcəksiniz.

Əminik ki, hər növ interyerə uyğun, Türkiyənin Avropada tanınmış məşhur firmaları tərəfindən istənilən dizaynda və ölçüdə hazırlanan, ev, bağ və ofis üçün klassik, modern və avanqard üslubda mebellərin sifarişi, çatdırılması və quraşdırılması kimi çoxsaylı xidmətimizlə Sizi məmnun edəcəyik.

Əgər Siz evinizin, bağınızın, ofisinizin mükəmməl görünüşlü, zövq oxşayan və komfortlu olmasını istəyirsinizsə, bizə etibar edin!

Sizi xəyallarınızın gerçəkləşdiyi məkanda, yeniliyin və fərqliliyin ünvanı - “Həyat Mebel”də gözləyirik!