Rəqqasə Fatimə Fətəliyevanın ad günü olub.
Axşam.az-ın məlumatına görə, sənətçi 37 yaşını dostları, tanınmışlarla birlikdə qeyd edib.
Aparıcılığını aktyor Elşən Cəbrayılovun etdiyi gecədə təəssüratlarını bölüşən F.Fətəliyeva ilk təbriki övladlarından aldığını deyib:
"Özümə ən böyük arzum övladlarımla bağlıdır: onların gözəl günlərinin şahidi olum, nəvə, nəticə, kötücə görüm. İlk təbriki ailəmdən aldım. Qızım Aydan və oğlum Hüseyn mənim üçün "Ad günün mübarək" oxudular. Çoxlu hədiyyələr almışam. Hər bir xanım kimi mən də hədiyyəni, diqqəti sevirəm. Elə insanlar var ki, yadımdan çıxıb dəvət etməmişəm. Gecədə qonaqlara sürprizim də oldu: mahnı oxudum".
Rəqqasəni təbrik etməyə gələnlər arasında xalq artisti Nazpəri Dostəliyeva, müğənni Günay İbrahimli, Emil Bədəlov, Samira Allahverdi, Aşıq Samirə, prodüser Təranə Səmədova, aparıcı Lalə Əlimuxtarova və başqaları yer alıb.
Foto: Ramin ASLANOV