22 yaşlı kanadalı rəqqasə Kassandra Naud sol gözünün altındakı anadangəlmə xalı özünə kompleks etmir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rəqqasə çoxlarının əməliyyat olunması ilə bağlı təkidinə baxmayaraq, görünüşü ilə qürur duyduğunu və bunu özünə problem etmədiyni deyib:
“Xalım mənim bir parçamdır. Məni fərqli və yaddaqalan edir. Bu da karyeram üçün önəmlidir”.
Sevgilisi də Kassandranı xalı ilə bəyənib, sevib. Rəqqasənin əməliyyatla xalını götürtməkdən imtina etməsinə həm də həkimlərin üzündə daha sonra iz qala biləcəyi haqda xəbərdarlığı səbəb olub.