Londonda yaşayan 31 yaşlı Rodriqo Alves plastik əməliyyatlarla bütün bədənini dəyişdirmək niyyətindədir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Canlı Ken" ("Human Ken Doll") adıyla məşhurlaşan Rodriqo indiyə qədər 30 əməliyyata təxmini 250 min dollar xərcləyib.
Britaniyalı həkimlər növbəti əməliyyatlardan imtina etdiyi anda Kolumbiyaya yollanan gənc oğlan burada ən çətin prosedurları həyata keçirdib: gözlərinin, ağzının formasını dəyişdirib.
Lakin yenə də öz bədənindən razı olmayan Rodriqo mükəmməl olmağı sevdiyini bildirir:
"Bu uzun prosesdir. Bir dəfə başladınsa, onu dayandırmaq çox çətindir. Bundan əlavə, mən mükəmməlliyi sevirəm. Bədənin hələ idealdan uzaqdır. Məqsədimə çatmaq üçün maksimum dərəcədə ona yaxınlaşacağam".
Yanvarın sonunda Alves uğursuz plastik əməliyyatlara həsr olunan "Botched" şousunun qonağı olub. O, aparıcılardan onurğa implantasiyası əməliyyatı olunmasını istəyir. Lakin mütəxəssislər bundan imtina edirlər:
"O, Tarzan və Herkules kimi görünmək üçün kürəyini dəyişdirmək istəyir, amma bunun üçün idman zalına getməlidi".
Hazırda İnstaqramda 20 mindən çox izləyicisi olan R.Alvesin fotolarını təqdim edirik.