"Belə din müəllimi olar?" - fotolar

"Belə din müəllimi olar?" - fotolar
3504 dəfə oxunub
  • A-
  • A
  • A+

Təcrübə üçün getdiyi məktəblərdən birində şagirdlərdən biri onun fotosunu çəkərək paylaşınca 23 yaşlı Serhat Karanfil bir gündə internetdə 30 min təqibçi qazanıb.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, bir an içində məşhurlaşan gənc müəllim ona gələn şərhlərdən təəccübləndiyini deyib:

"Yazırlar ki, "saçın keçəl deyil, qarnın böyük deyil, necə din müəllimisən". 23 yaşlı biri olaraq belə olmağım çox normaldır. Gələcəkdə necə olacağmı bilmərəm. Əvvəl təəccübləndim, sonra öyrəşdim. Məşhur olmaq məqsədim yoxdur. Modelliklə məşğul deyiləm, sadəcə yaxın dostlarımın çəkilişlərində iştirak etmişəm. Serial və film təklifinə gəlincə, elə təklif olarsa, dünyaya baxışıma uyğundursa, çəkilərəm. Qoy insanlar bir din müəllimi streotipini beyinlərində dağıtsınlar. Ateist, deist, xristian dostlarımla yaxşı yola gedirəm. Bir problemimiz ola bilməz, çünki ortaq nöqtəmiz insanlıq, vicdandır".