Röya: "Rəqsanəyə sübut etdik ki..."

Röya: "Rəqsanəyə sübut etdik ki..."
12945 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya Ayxan həmkarı Rəqsanə İsmayılova ilə aralarında qalmaqala səbəb olan libasından danışıb.

Axşam.az-ın məlumatına görə, "Onlar"a açıqlama verən sənətçi sözügedən paltarı ilk dəfə özünün geyindiyini iddia edib:
 
"Rəqsanə də incəsənət adamıdır, istəyir geyinir. Amma birinci mən etmişəm deməməliydi. Bu, düzgün deyil. Bizdən əvvəl də açıq geyinən olub, bizdən sonra da geyinəcəklər. Çıxdı dedi ki, 2013-cü ildə ilk mən geyinmişəm. Biz də ona sübut etdik ki, mən 2011-ci ildə "Göndər" klipində eyni formada libasdan istifadə etmişəm".

Röya Rəqsanənin "Gündəlik" verilişinə qonaq olarkən saç düzümü və qısa geyimi ilə özünü ona bənzətməsiylə bağlı söz-söhbətlərə də münasibət bildirib:

"Neçə ildir sənətdə olan birisi və onun dostu kimi deyim: məndən sonra o geyimdə, elə saç düzümündə çıxmamalı idi. Adi insanların dilindən danışıram, heç düzgün olmadı. Ya bir müddət ara verməli idi, ya da fərqli saç düzümü edərək başqa libas geyinməliydi".