Xalq artisti Aygün Kazımova yeni geyim stilindən danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni “Onlar”a açıqlamasında bir müddət uzun libaslar geyinəcəyini bildirib:
“Modelyerim Bessarion mənim üçün bu imici düşünüb. Çox bəyəndim və bir müddət bu imicdə görünəcəm. Ümumiyyətlə, mən ya çox qısa, ya da tam uzun geyinirəm”.
Xalq artistinin sözlərinə görə, “Düşün məni” mahnısı türkiyəli həmkarı tərəfindən səslənəcək:
“Bu yaxınlarda Murad Yetər (bəstəkar, aranjimançı - red.) mənə zəng vurdu ki, sizin “Düşün məni” mahnınızı bir ifaçı oxumaq istəyir. Məndən əvvəl mahnının bəstəkarından da (musiqi Sevinc Tağıyeva, söz Sevinc Şirin - red.) icazə alıblar. Heç müğənninin adını soruşmadan razılaşdım. Bilirəm ki, Murad elə-belə müğənniyə mahnı verməz”.