Müğənni Xəyyam Nisanov türkiyəli ifaçı Ziynət Salini Bakıya gətirmək istəyir.
Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi Ziynətlə duet şəklində səsləndirdiyi “İstanbul” mahnısından bəhs edib:
“Duetə klip də çəkdirmişik. Türkiyədə telekanallarda yayımlanacaq. Bakıda da təqdimat keçirəcəm. Ziynət Sali ilə Azərbaycanda konsert vermək istəyirəm. Bu işlə Murad Arif məşğuldur. Danışıqlar aparır”.
X.Nisanov ona film təklifləri gəldiyini bildirib:
“Aktyorluq etmək istəyim heç vaxt olmayıb. Bacarmıram da... Hərdən film təklifi alıram. İnsan qonorara görə özünü sata bilməz. Əgər aktyorluq etməyi bacarmıramsa, pul məni yoldan çıxara bilməz. Axı pula ehtiyacım yoxdur”.
Foto: Ramin ASLANOV