Aktrisa Tuba Büyüküstünün Bebekdə serial çəkilişində olduğunu öyrənən ərəb fanatları ekran işinin lentə alındığı binanın önünə axın ediblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddət aktrisanı gözləyən turistlər Tuba qapıdan çıxarkən qarışıqlıq yaranmasına səbəb olublar. T.Büyüküstünün şəkillərini çəkən ərəblər mühafizəçilər tərəfindən binanın yaxınlığından uzaqlaşdırılıblar.
Tuba isə dərhal avtomobilinə əyləşərək oranı tərk edib.