Corc Kluninin evinə yaxınlaşan cəzalanacaq

Corc Kluninin evinə yaxınlaşan cəzalanacaq
1031 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Corc Kluni və vəkil həyat yoldaşı Amal Kluninin İtaliyanın Komo gölü sahilində yerləşən iki böyük villasına 100 metrdən artıq yaxınlaşmaq qadağan edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin bu qərarı aktyorun paprassilərdən və qonşularından şikayəti əsasında çıxarılıb. Evə qayıq və ya avtomobillə yaxınlaşanlar 600 dollar məbləğində cərimə olunacaqlar.

Bununla bağlı bələdiyyə tərəfindən bölgə əhalisini məlumatlandırmaq məqsədilə xəbərdarlıq lövhələri də asılıb.