Günay yeni geyim kolleksiyasını təqdim etdi - fotolar
Ölkə
12:56 / 07.04.15
4635dəfə oxunub
A-
A
A+
Modelyer Günay Mirzə yeni kolleksiyasını təqdim edib.
Axşam.az-ın məlumatına görə, “İlin modelyeri” seçilən Günay xanım bu kolleksiyasını “İncəlik” adlandırıb.
Zövqlə və adından bəlli olduğu kimi incə geyinən xanımlar üçün nəzərdə tutulan gecə libasları müxtəlif rəng çalarlarını təşkil edir.
Günay Mirzə bildirib ki, yeni kolleksiya xanımlara eyni zamanda romantik ab-hava bəxş edəcək.
Qeyd edək ki, G.Mirzə 4 ildir modelyer sənəti ilə peşəkar səviyyədə məşğul olur. O, İtaliyada "İstituto Superiore" məktəbində master dərəcəsinə yüksəlib. Geyimlərini İtaliyadan olan peşəkar modelyer və tənqidçilərin ixtiyarına verən Günayın kolleksiyası yüksək qiymətləndirilib. O, yaxın vaxtlarda mövsümün yeni kolleksiyasını təqdim etməyə hazırlaşır.
Bəyəndiyiniz libasları əldə etmək, modelyerlə əlaqə saxlamaq üçün (050) 521 63 28, (012) 596 83 26 nömrələrinə zəng vura bilərsiniz.