Kukla Teatrı yeni tamaşanın nümayişinə hazırlaşır

Kukla Teatrı yeni tamaşanın nümayişinə hazırlaşır
746 dəfə oxunub
  • A-
  • A
  • A+
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə əsərinə ictimai baxış olub.

Bu barədə Axşam.az-a teatrın mətbuat xidmətindən məlumat verilib. Xalq nağılı “Qoca ilə Şir”in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır.

Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli səhnə əsəri uşaqlara dürüstlük, mübarizlik, sədaqət kimi ali insani dəyərlər aşılayır, humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir.

Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artist Anar Hüseynlidir.

Əsas obrazları əməkdar artist Rəhman Rəhimov, aktyorlar - Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər.

Tamaşanın premyerası aprelin ortalarında baş tutacaq.