Müğənni Lətifə Soyuöz “Pusula” mahnısına klip çəkdirəcək.
Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı özü deyib:
“Məhkəmə” klipindən sonra növbəti böyük layihəmi təqdim etməyə hazırlaşıram. Rejissor seçimim yenə də Anar Hüseynovdur. Bu işi ərsəyə gətirmək üçün mənə çox vaxt lazım olacaq. Amma əminəm ki, nəticə istədiyim kimi alınacaq. Sevənlərim məndən növbəti möhtəşəm klipi gözləsin”.