"Mənim üçün sürpriz olmadı" - Bəhram Bağırzadə

"Mənim üçün sürpriz olmadı" -  Bəhram Bağırzadə
1388 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Bəhram Bağırzadə “Neftçi”nin Müşahidə Şurasının tərkibinə daxil edilməsindən danışıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində “Bakılı oğlanlar” komandasının üzvü uzun müddətdir belə təklif gözlədiyini bildirib:

“Çoxdan bu təklifi gözləyirdim. Mənim üçün sürpriz olmadı. Neçə ildir “Neftçi” futbol klubuna azarkeşlik edirəm. Dünən Çingiz Abdullayevlə görüşüb, söhbətləşdik. Aprelin 12-də oyun olacaq. Futbolu sevən hər kəsi həmin gün "28 Mall"da gözləyəcəm. Oyuna pulsuz bilet paylayıb, onlarla fotolar çəkdirəcəm. İndidən klubun qalib olub-olmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Amma futbol üçün əlimdən gələni əsirgəməyəcəm”.

Foto: Ramin ASLANOV