Dünyanın ən böyük dovşanı - fotolar

Dünyanın ən böyük dovşanı - fotolar
2768 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərədə yaşayan Annet Eduardzın Darius adlı dovşanı “Ginnesin rekordlar kitabı”na düşməyə hazırlaşır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 1 metr 20 santimetr boyu, 10 santimetr eni, 25 kiloqram çəkisi olan Darius dünyanın ən böyük dovşanıdır. Heyvanın 6 aylıq balası Ceff də anasından geri qalmır. Belə ki, onun 91 santimetr boyu, 7 santimetr eni var.

A.Eduardzın sözlərinə görə, Dariusla Ceff ildə 2000 ədəd kök, 700 dənə alma yeyirlər.

Kontinental nəhənglər sinfinə aid olan dovşanların boyu adətən 1 metri keçməsə də, Darius istisna təşkil edib.