"Üzeyir Hacıbəyov sağ olsaydı, onları məhkəməyə verərdi"

"Üzeyir Hacıbəyov sağ olsaydı, onları məhkəməyə verərdi"
1008 dəfə oxunub
  • A-
  • A
  • A+

İTV-də yayımlanan “Antrakt” verilişinin növbəti qonağı xalq artisti Zaur Rzayev olub.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Kamran Quliyevin etdiyi verilişdə ifaçı gənc sənətçilərə irad bildirib:

“Gənclərimiz klassiklərin mahnılarını səsləndirirlər. Çox müdaxilə edirlər. Düzgün deyil. Hətta Üzeyir Hacıbəyovun mahnısını yeni üslubda aranjiman etdirirlər. Sağ olsaydı, indikiləri məhkəməyə verərdi. Muğamın orasın-burasın dəyişirlər. Gözəl avazla, düzgün oxusalar daha müsbət rəy alarlar”.

Qeyd edək ki, “Antrakt” verilişi həftənin çərşənbə axşamı 22:30-da yayımlanır.