Bu gün Ceyhun Mirzəyevin ad günüdür

Bu gün Ceyhun Mirzəyevin ad günüdür
1534 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün mərhum aktyor, rejissor Ceyhun Mirzəyevin ad günüdür. 

Axşam.az-ın məlumatına görə, o, 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. 

12 yaşında o, "Ögey ana" ekran işində rol alıb. C.Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. 
 
"Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib və bədii rəhbəri olub. "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub. O, 1993-cü ildə vəfat edib.