Barda dava saldığına görə serialdan qovuldu

Barda dava saldığına görə serialdan qovuldu
4612 dəfə oxunub
  • A-
  • A
  • A+
“Güzel köylü” serialında Sudə rolunda çəkilən aktrisa Su Kutlu işindən qovulub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, buna gənc aktrisanın getdiyi barda dava salmasından sonra polis bölməsinə aparılması səbəb olub.

İddiaya görə, barın bağlanılma saatı olsa da, Su məkandan çıxmaq istəməmiş və ona içki verməyən ofisianta sillə vuraraq təpik atmışdı.

Bu hadisədən sonra serialın prodüser şirkəti “Gold Film” S.Kutlunu çəkiliş heyətindən uzaqlaşdırıb.