Ərdoğan Nəzrin Cavadzadənin çəkildiyi filmi izlədi - fotolar
Xəbər
13:07 / 10.04.15
1873dəfə oxunub
A-
A
A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyye Ərdoğanla birlikdə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə çəkilmiş “Son məktub” filmini izləyib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı filmi izlədikdən sonra ekran işi ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb:
“Əcdadlarımızın Çanaqqalada necə mübarizə aparmalarının və “Çanaqqala keçilməz” ifadəsinin nə cür yaranmasının ən gözəl filmlə canlandırılması bizi çox duyğulandırdı”.
Qeyd edək ki, 20 milyon dollarlıq büdcəsi olan “Son məktub” filminin qala gecəsi martda keçirilib. Ekran işində Tansel Öngel, azərbaycanlı aktrisa Nəzrin Cavadzadə, Bülənt Şakrak, Hüseyn Avni Danyal kimi aktyorlar yer alıblar. Filmin rejissoru və prodüseri Özhan Ərəndir.