Google-un "Şəkillər" bölməsi bu paltara görə yaranıb - fotolar

Google-un "Şəkillər" bölməsi bu paltara görə yaranıb - fotolar
6378 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-aktrisa Cennifer Lopezin 2000-ci ildə “Qremmi” mükafatlandırma mərasiminə geyindiyi yaşıl libasıyla bağlı illər sonra maraqlı etiraflar olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həmin donun internetin ən böyük axtarış sistemi olan Google-da dəyişikliyə səbəb olduğu ortaya çıxıb. Lopezin mükafatlandırma gecəsindən sonra dəfələrlə təqlid edilən libası “Şəkillər” bölməsinin açılmasının əsas səbəbkarı imiş.

Haqqında daha çox axtarış verilən paltar üzündən Google-da belə bir rubrika açılıb.

Bunu 14 il sonra şirkətin məsləhətçi direktorlar şurasının sədri Erik Şmidt etiraf edib:

“İnsanlar həmin libasla bağlı yazıdan başqa əlavə şeylər də istəyirdilər. Bu ehtiyac üzündən Google-da dəyişiklik etmək məcburiyyətində qaldıq”.