Prezidentin Lənkəran səfərindən fotolar

Prezidentin Lənkəran səfərindən fotolar
2156 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdıraraq Lənkəran şəhərinə gəlib.

Axşam.azın məlumatına görə, dövlət başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, burada sakinlər və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Sonra dövlət başçısı Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında, Tarix-Diyarşunaslıq Muzeyində, Mədəniyyət Mərkəzində olub.