30 ildir axtarılan oxşarlıq - fotolar

30 ildir axtarılan oxşarlıq - fotolar
3635 dəfə oxunub
  • A-
  • A
  • A+
Moda dünyasını illərdir yeni Bricit Bardot axtarmaq cəhdləri bəhrəsini verib.

Alman model Anna Euers "Və Tanrı onu yaratdı..." şüarıyla jurnalların üz qabığını bəzəyərək moda aləmində yeni dalğa başladıb. 50-70-ci illərin dəb ikonası sayılan B.Bardotdan sonra 30 ildir ki, menecerlər ona bənzəyən birini axtarırdılar.

Amma 90-cı illərin əvvəlində model Klaudia Şifferdən bəri ilk dəfə bu qədər bənzər birini tapan firmalar 22 yaşlı A.Euersin bir gününü belə boş buraxmırlar. Bardot kimi pozlar verən Anna bunu belə ifadə edib:

"Onun köhnə fotolarına baxıb anladım ki, işin asandır. Makiyajla hiyləgərlik etməyimə də ehtiyac yoxdur. Tək etməli olduğum iş: kameraya baxıb gülümsəmək".

Axşam.az "moda dünyasının yeni Bricit Bardotu"nun fotolarını təqdim edir.