Hamı bu toydan danışır - fotolar

Hamı bu toydan danışır - fotolar
15008 dəfə oxunub
  • A-
  • A
  • A+
65 yaşlı Bruney sultanı Həssənəl Bolkiah kiçik oğlu, 31 yaşlı şahzadə Əbdül Maliki evləndirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 37 milyard dollarlıq sərvətlə dünyanın ən varlı insanları siyahısına düşən sultan oğluna 11 gün toy edib. Dəbdəbəli mərasim Həssənəlin sarayında baş tutub. Müxtəlif ölkələrin səfirlərinin, monarx ailəsinin qohum və dostlarının iştirak etdiyi məclisdə 5 min nəfərədək qonaq olub.

22 yaşlı gəlin Dayanka Raabiatul Ədəviyyə Penqiran Hacı Bolkiahın libası yaqut, zümrüd, brilliant, almaz, əqiq kimi daş-qaşlarla bəzədilib. Onun gül buketi belə təbii çiçək əvəzinə, qiymətli daşlardan hazırlanıb. Dayankanın “Christian Louboutin”dən geyindiyi ayaqqabsının qiyməti 3500 dollara olub.

Qeyd edək ki, Əbdül Malik 3 qadından 7 uşağı olan Bruney sultanının Anak Saleha ilə izdivacından doğulub.